Special Offer
Bu məqsədlə şirkət daxilində lizinq şöbəsi yaradılmışdır. Şöbədə kredit və ya lizinqlə texnika almaq istəyən müştərilərin imkanları təhlil olunur və onlara optimal şərtlər müəyyən edilir.
Texnika almaq istəyən müştərilərin imkanları təhlil olunur və onlara optimal şərtlər müəyyən edilir. Bununla müştərilərə həm də kredit və lizinqin alınmasında yardım göstərilir.
FOTON
FOTON LOVOL məhdud məsuliyyətli ağır sənaye üzrə beynəlxalq səhmdar şirkəti (qısa adı FOTON LOVOL ağır sənaye) iri sənaye avadanlıqlarının istehsalçısıdır, onun əsas məhsulları: mühəndis maşınları, kənd təsərrüfatı avadanlıqları və avtomobilləridir. 2009-cu il üçün satış gəliri 13,56 milyard təşkil edir. FOTON markasının dəyəri 11,387 milyard dollar təşkil edərək, Çinin 500 ən qiymətli markası arasında 64-cü, kənd təsərrüfatı avadanlıqları sahəsində birinci yeri tutur. Şirkət “ Ən yeni texnika və yüksək texnologiya üzrə ölkənin ən mühüm müəssisəsi ”, “ Həkimlərin elmi-tədqiqat işçi stansiyası postu ” kimi, şirkətin mühəndis-texniki institutu “ müəssisənin dövlət tərəfindən tanınmış texniki mərkəzi ” kimi, aparıcı məhsulları növbə ilə “ Çinin məşhur markası ”, “ Məşhur Çin markası ”, “ ən böyük rəqabət qabiliyyətli marka ” kimi tanınmışdır.
FOTON LOVOL ağır sənayesinin aparıcı məhsulu FOTON Gushen kombaynlarının satışının sayına görə bu sahədə 9 il ardıcıl birinci yeri tutmuşdur, bazar payı 70 faiz təşkil edir; FOTON Europard iri və orta böyüklükdə olan traktorların və FOTON Wuxing üçtəkərli motosikletlərin bazar payı bu sahədə 5 il ardıcıl 1-ci yeri tutmuşdur; FOTON xüsusi texnikası bu sahədə ən yüksək inkişaf templi marka olmuşdur.
FOTON LOVOL ağır sənayesi tam şəkildə qloballaşma strategiyası həyata keçirir, xaricdəki fəaliyyəti sürətlə inkişaf edir, bu günə qədər onun məhsulları dünyanın 116 ölkəsi və regionuna ixrac edilib.
Gələcəkdə, FOTON LOVOL ağır sənayesi yüksək keyfiyyət, aşağı maya dəyəri və qloballaşma əsasında, daxili inkişaf, strukturun nizamlanması, qlobal miqyasda fəaliyyəti həyata keçirəcək ki, FOTON LOVOL ağır sənayesi qlobal resursları və təşəbbüskar novatorluq qabiliyyətini yüksəldilməsini birləşdirməklə dünyəvi kateqoriyalı mexaniki avadanlıqların istehsalçısı olsun.