Special Offer
Bu məqsədlə şirkət daxilində lizinq şöbəsi yaradılmışdır. Şöbədə kredit və ya lizinqlə texnika almaq istəyən müştərilərin imkanları təhlil olunur və onlara optimal şərtlər müəyyən edilir.
Texnika almaq istəyən müştərilərin imkanları təhlil olunur və onlara optimal şərtlər müəyyən edilir. Bununla müştərilərə həm də kredit və lizinqin alınmasında yardım göstərilir.
CHANGLIN
4500-dən çox işçisi olan Şandun Çanlin ASC mexaniki korporasiyası yol-tikinti və kənd təsərrüfatı texnikasının xüsusi istehsalçısıdır. Əsas məhsulları SC 360.7, SC330.7, SC230.8, SC220SE.7, SC220.7, SC210.7, SC130.7, SC80.7, SC70.7 seriyalı ekskavatorlar; ZL30F, ZL50G, CL935, CL936, CL951, CL952, CL955, CL956 seriyalı təkər yükləyiciləri, RH, RM, RT, RD, RP, RS seriyalı vibratorlu yol diyircəkləri, əl traktorları, dizel motorları və sairədir. İllik məhsuldarlıq: 5000 ədəd ekskavator, 3000 ədəd təkər yükləyicisi, 3000 ədəd hidravlik vibrodiyircəklər.
Bizim ekskavatorlar, yükləyicilər, vibrodiyircəklər, əl traktorları və dizel motorları artıq Asiya, Okeaniya, Cənubi Amerika, Avropa və s. yerlərə ixrac olunub, 40-dan çox ölkə və rayonda satılıb. Son illərdə şirkət texniki və qabaqcıl sahələrdə beynəlxalq standartlara çatmaq üçün Yaponiya, Amerika, Almaniya və İspaniyadan qabaqcıl müasir avadanlıq və texnika gətirib, tədqiqat, istehsal, satış və işlənmənin innovasiya sistemini formalaşdırıb. Şandun Çanlin ASC mexaniki korporasiyası Çinin mexaniki sənayesində güclü, davamlı, uzunmüddətli və yüksək inkişaf sürətinə malik müəssisə olmağa çalışır.